Nokia Lumia 925 - Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək

background image

Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək
Bir neçə poçt hesabınız varsa, hansı poçt hesablarını bir poçt qutusunda birləşdirməyi seçə bilərsiniz.

Vahid poçt qutusu bütün e-poçtlarınıza eyni vaxtda baxmağa imkan verir.
1. Başlanğıc ekranında poçt qutusuna vurun.

2. Vurun:

> Daxil olanları əlaqələndir.

3. Digər daxil olanlar siyahısında birinci poçta birləşdirmək istədiyiniz hesablara vurun.

4. Əlaqəli daxil olanların adını dəyişdir vurun, poçt qutusu üçün yeni ad yazın və vurun.
Yeni birləşdirilmiş poçt başlanğıc ekranına əlavə edilir.