Batareya müddətini uzatmaq
Sizə lazım olan batareya müddətini əldə edərkən telefondan optimal șəkildə istifadə edin.
Telefonunuzda enerjiyə qənaət etmək üçün bır sıra üsul var.
• Həmişə batareyanı tamamilə doldurun.
• Lüzumsuz səsləri, məsələn, düymə basımı səslərini səssiz edin.
• Dinamik əvəzinə naqilli qulaqlıqlardan istifadə edin.
İşarə:Siz telefonu batareyanın doldurulma səviyyəsi aşağı olduqda avtomatik olaraq enerjiyə
qənaət etməyə qura bilərsiniz. Batareyanın vəziyyətini yoxlamaq və batareyaya qənaət rejimini
aktivləşdirmək üçün başlama ekranında sola sürüşdürüb Parametrlər > Batareya qənaəti
vurun.
Telefonunuz batareyaya qənaət rejiminə keçdikdə digər proqramların hamısının parametrlərini
dəyişmək mümkün olmaya bilər.
İşarə:Batareya qənaət rejiminin nə vaxt aktivləşdirilməsini seçmək olar. Vurun: Təkmil.
Enerjiyə qənaət etmək üçün həmçinin aşağıdakıları edə bilərsiniz:
Telefon ekran parametrlərini dəyişmək • Ekranın qısa müddətdən sonra sönməsini təyin edin.
Başlama ekranında sola sürüşdürün və
Parametrlər > Kilid ekranı > Ekran işində fasilə vurun.
• Parıltı yalnız lazım olduğu halda aktiv edilməlidir.
Parıltı söndürmək üçün başlanğıc ekranında sola
sürüşdürün, Parametrlər > displey+toxunuş vurun
və Parıltı üzərinə sürüşdürün. Parıltı seçimini Qeyri-
aktiv kimi dəyişin.
• Telefonunuzu yalnız lazım olduqda oyatmaq üçün iki
dəfə vurun. Bașlama ekranında sola sürüșdürün və
Parametrlər > displey+toxunuş vurun. toxunuş,
üzərinə sürüşdürün və Telefonu oyatmaq üçün iki
dəfə vurun qeyd xanasını silin.
Ekran aydınlığını azaltmaq
• Başlama ekranında sola sürüşdürün və
Parametrlər > Parlaqlıq vurun. Avtomatik tənzimlə-
nin Qeyri-aktiv
-a dəyişdiyinə əmin olun.
Səviyyə parametrini Zəif və Avtomatik tənzimlə
parametrini Aktiv
təyin edin.
• Batareya qənaəti aktiv olanda ekranın parlaqlığını
azaltmaq üçün başlama ekranında sola çəkin,
Parametrlər > displey+toxunuş vurun və Batareya
Qənaətinin aydınlığı seçimini Aktiv kimi dəyişin.
Proqramların fonda icrasını dayandırın
• İstifadə etmədiyiniz bütün proqramları bağlayın.
Proqramların əksəriyyətini bağlamaq üçün basın: .
• Bəzi proqramlar lüzumsuz olaraq arxa planda işləyir.
Başlama ekranında sola sürüşdürün, Parametrlər
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
32
vurun, Proqramlar seçin və Fon tapşırıqları vurun.
Bloklamaq istədiyiniz proqrama vurub Blokla vurun.
Seçim əsasında məkan xidmətlərindən
istifadə edin
Əgər siz məkan xidmətlərini aktiv vəziyyətdə saxlamaq
istəyirsinizsə, lakin qeydiyyat xidmətlərindən istifadə
etmək istəmirsinizsə, sola çəkin və Parametrlər
vurun. Proqramlar-a keşin, Əlaqələr vurun və Yerimdən
istifadə et seçimini Qeyri-aktiv
-a dəyişin.
Şəbəkə bağlantılarından seçim əsasında
istifadə edin
• Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta
sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt
qutusunda
> Parametrlər > Sinxronlaşma
parametrləri vurun və parametrləri Yeni məzmun
yüklə kimi dəyişin.
• Bluetooth-u yalnız ehtiyac olduqda aktivləşdirin.
• NFC-ni yalnız lazım olduqda yandırın. toxun+göndər
funksiyasını söndürmək üçün başlama ekranında sola
sürüşdürüb Parametrlər > toxun+göndər vurun və
NFC paylaşması seçimini Qeyri-aktiv
-a
dəyişdirin.
• İnternetə qoşulmaq üçün mobil məlumat qoşulması
əvəzinə Wi-Fi qoşulmasından istifadə edin.
İşarə:Hətta telefonun ekranı söndükdə belə
Wi-Fi qoşulmasını aktiv saxlamaq üçün sola
sürüşdürün və Parametrlər > Wi-Fi > Təkmil
vurub Ekran fasiləsi olanda Wi-Fi-ı yanılı
saxla qeyd xanasına vurun.
• Telefonunuzun mümkün simsiz şəbəkələri
axtarmasını dayandırın. Başlama ekranında sola
sürüşdürüb Parametrlər > Wi-Fi vurun və Wi-Fi
şəbəkəsi seçimini Qeyri-aktiv
təyin edin.
• Telefonunuzun oyunlara qoşulmasını dayandırın.
Başlama ekranında sola sürüşdürüb Parametrlər
vurun, Proqramlar seçin, Oyunlar vurub bütün
müvafiq parametrləri qeyri-aktiv edin.
• Musiqiyə qulaq asır və ya telefonunuzdan başqa
formada istifadə edirsinizsə, lakin zəng etmək və
qəbul etmək istəmirsinizsə, Uçuş rejimi ni
aktivləşdirin.