Məlumat rouminqi xərclərinə qənaət
Telefon xərclərinizə qənaət etmək istəyirsiz? Mobil məlumat parametrlərini dəyişərək məlumat
rouminqi xərclərini azalda bilərsiniz. Məlumat rouminqində telefonunuz şəbəkə xidməti təminatçınızın
sahib olmadığı və ya fəaliyyət göstərmədiyi şəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.
Rouminqdə, xüsusən də xaricdə, internetə qoşulma məlumat tariflərini mühüm dərəcədə artıra bilər.
Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif və ya istifadəyə görə tarif
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
33
tətbiq edə bilər. Optimal qoşulma üsulundan istifadə etmək üçün Wi-Fi, mobil məlumatlar və poçt
yükləmə parametrlərini dəyişin.
Ümumiyyətlə Wi-Fi qoşulmasından istifadə mobil məlumat qoşulması ilə müqayisədə daha sürətli və
ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoşulmasından istifadə mümkündürsə, telefonunuz Wi-
Fi qoşulmasından istifadə edir.
Başlama ekranında sola sürüşdürün və Parametrlər vurun.
1. Vurun: Wi-Fi.
2. Wi-Fi şəbəkəsi nin Aktiv
olduğunu yoxlayın.
3. İstifadə etmək istədiyiniz qoşulmanı seçin.
Mobil məlumat qoşulmasını bağlamaq
Mobil vurun və Məlumat bağlantısı parametrini Qeyri-aktiv təyin edin.
İşarə:Məlumat istifadənizi həmçinin Data Sense proqramı ilə izləyə bilərsiniz.
Məlumat rouminqini dayandırmaq
Mobil vurun və Məlumat rouminqi seçimləri parametrini Rouminq etmə təyin edin.
İşarə:Səyahət zamanı məlumat rouminqi xərclərinə qənəat etmək üçün səyahətdən əvvəl yeni
xəritələri telefonunuzda saxlayın və xəritələrdən oflayn istifadə edin. Telefonunuzun yaddaşı
azalıbsa, bəzi xəritələri telefondan silə bilərsiniz.
Poçt yüklənməsini mexaniki qurmaq
Telefonunuzu yeni e-poçtları gec-gec və ya hətta sorğulandıqda yoxlamağı qurun. Hər bir poçt
qutusunda
> Parametrlər > Sinxronlaşma parametrləri vurun və parametrləri Yeni məzmun
yüklə kimi dəyişin.