Toxunuş ekranından istifadə
Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.
1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.
2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.
İşarə:Hətta əlcəklərinizi geyinərkən telefonunuzdan istifadə edə bilərsiniz. Bașlama ekranında
sola sürüșdürün və Parametrlər > displey+toxunuş vurun. toxunuş üzərinə sürüşdürərək
Toxunuş həssaslığı parametrini Yüksək kimi təyin edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
21
Nümunə: Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun.
Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və müvafiq seçimi
edin.
Elementi çəkmək üçün ona vurub saxlayın
Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayın və barmağınızı ekranda sürüşdürün.
Sürüşdürmə
Barmağınızı ekrana qoyun və onu arzu edilən istiqamətdə sürüşdürün.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
22
Nümunə: Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif görünüşlərə
keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə nəzərdən keçirmək
üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin və çəkin. Sürüşdürməni
dayandırmaq üçün ekrana vurun.
Böyütmək və ya kiçiltmək
İki barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq barmaqlarınızı
bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
23
Mühüm: Ekranın cızılmasının qarşısını alın.