Nokia Lumia 925 - SIM kartı daxil etmək

background image

SIM kartı daxil etmək

Telefonunuza SIM kartı daxil etməyi öyrənmək üçün bunu uxuyun.

Mühüm: Bu cihaz yalnız mini-UICC SIM kart ilə (həmçinin mikro-SIM kart kimi də tanınır) istifadə

üçün nəzərdə tutulub. Mikro-SIM kart standart SIM kartdan kiçikdir. Uyğun olmayan SIM

kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya cihaza zərər vura bilər və kartda

saxlanmış məlumatları korlaya bilər.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

8

background image

İşarə:SİM saxlayıcısını açmaq üçün SİM qapı açarından istifadə edin. Açarı itirsəniz, kağız

qısqacından istifadə edə bilərsiniz.

SIM kartını daxil etməzdən əvvəl telefonu söndürmək lazımdır.
1. Saxlayıcı boşalana kimi açarı dəliyə doğru basın və saxlayıcını çıxardın.

2. Kontakt sahəsinin üzü yuxarı olduğunu yoxlayın və kartı saxlayıcıya taxın.

3. Yerləşənə kimi saxlayıcını geri yerinə basın.

© 2013 Nokia. Bütün hüquqlar qorunur.

9