Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma üzrə beynəlxalq təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbuledicisi və ötürücüsüdür. Cihaz ICNIRP müstəqil elmi təşkilatına aid beynəlxalq təlimatların tövsiyə
etdiyi radio dalğalarına məruz qalmağa dair limitləri (radio tezliklər üzrə elektromaqnit sahələri) keçmir. Bu təlimatlar yaş həddi
və sağlamlıq vəziyyəti nəzərə alınmadan hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından
ibarətdir.
Məruzqalma təlimatları Xüsusi Absorbsiya Qiymətinə (SAR) əsaslanır və bu, cihazdan istifadə zamanı baş və ya bədənin məruz
qaldığı radio tezlik (RF) enerjisinin miqdarıdır. Mobil cihazlar üçün ICNIRP SAR həddi 10 qram toxuma üzərində 2,0 Vt/kiloqramdır.
SAR testləri cihaz standart əməliyyat vəziyyətində olarkən, bütün tezlik diapazonlarında təsdiq edilmiş ən yüksək güc səviyyəsində
məlumatı ötürərkən keçirilir. Bu cihaz üçün qeydə alınmış maksimum SAR qiyməti belədir:
Maksimum SAR qiyməti
Maksimum SAR qiyməti qeydə alınarkən
istifadə edilmiş tezlik zolaqları
Başa yaxın tutarkən
0.81 Vt/kq 10 qr-dan çox
WCDMA 1900 və WLAN 2450
Bədəndən 1,5 santimetr (5/8 düym)
məsafədə istifadə edilərkən
0.60 Vt/kq 10 qr-dan çox
GPRS 900 və WLAN 2450
Cihaz modeli başa yaxın istifadə edildikdə və ya bədəndən ən azı 1,5 santimetr (5/8 düym) qədər məsafədə saxlandıqda RF təsir
təlimatlarına cavab verir. Üstünüzdə gəzdirmək üçün kəmər qısqacı və ya başqa formada cihaz saxlayıcısından istifadə edirsinizsə,
onların tərkibində metal olmamalı və bədəninizdən ən azı yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumatların və ya mesajların göndərilməsi üçün keyfiyyətli şəbəkə bağlantısı tələb olunur. Belə bağlantı yaranana qədər
göndərilmə ləngiyə bilər. Göndərmə tamamlanana qədər məsafəyə dair təlimatlara riayət edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
123
Ümumi istifadə zamanı SAR qiymətləri əsasən yuxarıda göstərilən qiymətlərdən aşağı olur. Çünki sistemin səmərəliliyi və
şəbəkədə müdaxiləni azaltmaq məqsədilə zəng üçün tam enerji tələb olunmadıqda mobil cihazınızın əməliyyat enerjisi avtomatik
olaraq azaldılır. Enerji çıxışı nə qədər az olarsa, SAR qiyməti də o qədər az olar.
Cihaz modelləri müxtəlif versiyalarda ola və birdən çox qiymətə malik ola bilərlər. Hətta vaxt keçdikcə komponent və dizayn
dəyişiklikləri baş verə və bəzi dəyişikliklər SAR qiymətlərinə təsir edə bilər. Bu və digər Nokia cihazı modelləri üçün mövcud ən
son məlumatları www.nokia.com ünvanından əldə etmək olar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirmişdir ki, cari elmi məlumatlar mobil cihazlardan istifadə zamanı hər hansı xüsusi ehtiyat
tədbirlərinə ehtiyac olduğunu göstərmir. Təsirə məruzqalmanı azaltmaq istəyirsinizsə, cihazdan istifadəni azaltmaq və ya cihazı
başdan və ya bədəndən uzaq tutmaq üçün dinamik qurğusundan istifadə etmək tövsiyə olunur. Əlavə məlumat, izahatlar və RF
təsirinə dair müzakirələr üçün www.who.int/peh-emf/en ünvanında ÜST-nin veb-saytına daxil olun.