Nokia Lumia 925 - Rəqəmli hüquqların idarəsi haqqında

background image

Rəqəmli hüquqların idarəsi haqqında

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin

şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə,

dəyişdirməyə və ya göndərməyə mane ola bilər.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə

etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Bu cihazla PlayReady ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin

sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi

RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ

proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə

təsir etməyəcək.
Cihazınızda PlayReady və ya WMDRM ilə qorunan məzmun varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və məzmun

silinəcək. Siz həmçinin cihazınızdakı fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar

və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Əlavə məlumat

üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.