Avtomobili gediləcək yerə sürmək
İdarəetmə üçün optimallaşdırılmış istiqamətlərin hər döngə üzrə təyini ilə HERE Drive+ getdiyiniz yerə
asanlıqla çatmanıza kömək edir.
Vurun: HERE Drive+.
Bütün yerli qanunlara riayət edin. Avtomobil sürərkən mobil telefondan və ya onun hər hansı
funksiyalarından istifadə qadağan edilə bilər. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş
saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.
1.
> Təy. nöqt. təyin et vuraraq gediləcək yeri axtarın.
2. Gediləcək yerə və Buraya vurun.
3. Bərə və tunellərdən və ya müəyyən yollardan, məsələn, döşənməmiş yollardan çəkinmək
istəyirsinizsə, marşrut seçimləri alət panelinə vurun və yol növlərini aktiv və ya qeyri-aktiv edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
79
4. Naviqasiyaya başlamaq üçün Başla vurun.
Susmaya görə xəritə sizin idarəetmə istiqamətinizdə fırlanır. Kompas həmişə şimalı göstərir.
İşarə:Naviqasiya zamanı qalan marşruta baxmaq istəyirsinizsə, barmağınızla xəritəni çəkə
bilərsiniz. Cari yerə qayıtmaq üçün vurun.
5. Naviqasiyanı dayandırmaq üçün
> Naviqas. dayandır vurun.
Xəritəyə tam ekranda baxmaq
Xəritəyə vurun.